Icma.az, Apasport portalına istinadən məlumat verir.
“Fənərbaxça”dan ayrılan İsmail Kartal məşqçilik karyerasını İranda davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Traktor” klubu türkiyəli mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir.
Jurnalist Salim Manavın məlumatına görə, Təbriz təmsilçisi Kartala rəsmi təklif göndərib.
Təklifin ardınca tərəflər arasında danışıqlar başlayıb.
Xatırladaq ki, İsmail Kartal daha əvvəl də İranda çalışıb. Türkiyəli mütəxəssis 2025-ci ilin yanvarından iyuluna qədər “Persepolis”ə rəhbərlik edib və komanda onun rəhbərliyi altında ölkə çempionatını üçüncü pillədə başa vurub.
Fonseka “Lion”dan ayrıldı - YENİ İŞ YERİ BƏLLİ OLDU London klubunda yeni təyinat - RƏSMİ “Kasımpaşa”nın yeni baş məşqçisi bəlli olub “İnter”dən İkardi ilə bağlı açıqlama - "planlarımıza daxil deyil" Noyer Çempionlar Liqasında üçüncü pilləyə yüksəlib