Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
“Fənərbaxça” Seru Girassi transferində qiyməti aşağı salmağa çalışır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Dortmund “Borussiya”sının hücumçusu üçün tələb olunan 40 milyon avrodan daha az məbləğ ödəmək istəyir.
Klub rəhbərliyi danışıqlar üçün müəyyən müddət təyin edib.
Bu müddət ərzində razılıq əldə olunmasa, “Fənərbaxça” daha əvvəl müəyyənləşdirdiyi 3 alternativ mərkəz hücumçusuna yönələcək.
Qeyd edək ki, Seru Girassi cari mövsümdə “Borussiya”nın heyətində Bundesliqada 33 oyuna 17 qol vurub.
O, 2024/25 mövsümündə isə Çempionlar Liqasında 13 qolla bombardirlər siyahısının şərikli lideri olub.
Portuqaliya xal itirdi - Neveş matçın ən yaxşısı seçildi Futbol dünyasına ağır itki – Erik Roy vəfat etdi Ronaldo tarixi rekord qırdı – DÇ-nin ən yaşlısı oldu “Beşiktaş”dan Lukumi həmləsi – “Bolonya” 20 milyon istəyir Ronaldo DÇ-yə iddialı gəldi – “Ümid və inamla buradayıq”