“Fənərbaxça”dan növbəti “bomba”: LUKAKU RƏSMƏN İSTANBUL NƏHƏNGİNDƏ

12.08.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Türkiyənin “Fənərbaxça” klubu heyətini ulduz futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Romelu Lukakunun transferini rəsmən açıqlayıb.

Hücumçu ilə 1+1 illik razılıq əldə olunduğunu bildirib.

33 yaşlı futbolçu müqavilə imzalamaq və tibbi müayinədən keçmək üçün bu axşam İstanbula gələcək.

Lukaku son olaraq İtaliyanın “Napoli” klubunda çıxış edib.

Qeyd edək ki, Belçika millisinin üzvü karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter”, “Roma” və “Napoli”nin də formasını geyinib.

"Şəfa" yeni transferini açıqladı UEFA B kateqoriyalı məşqçi kursuna start verilib Bölgə klubunda yeni təyinat "Bu sual haqda oynamayan futbolçular düşünməlidir" "Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью