“Fənərbaxça”nı darmadağın etdilər Klub tarixində ilk

15.10.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərənin “Aston Villa” klubu avrokuboklarda tarixinin ən böyükhesablı qələbəsinə imza atıb.

Apasport.az xəbər verir ki, Birmingem təmsilçisi UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda Türkiyənin “Fənərbaxça” klubunu 6:0 hesabı ilə məğlub edib.

Bununla da “Aston Villa” avrokuboklarda əvvəlki rekordunu geridə qoyub.

İngiltərə təmsilçisinin bu turnirlərdə indiyədək ən böyükhesablı qələbəsi 5:0 nəticəsi ilə başa çatmışdı.

Ada təmsilçisi 1981-ci ildə İslandiyanın “Valur”, 1983-cü ildə Portuqaliyanın “Vitoriya Gimarayeş”, 2023-cü ildə isə Şotlandiyanın “Hibernian” komandalarını beş cavabsız qolla məğlub etmişdi.

Qeyd edək ki, “Aston Villa” 1977-ci ildə UEFA Kubokunda da “Fənərbaxça” üzərində 4:0 hesablı qələbə qazanıb.

ÇL: "Barselona" “Qalatasaray” səfərindən 3 xalla qayıdır, “İnter” evində uduzdu - YENİLƏNİB “Slaviya”nın baş məşqçisi: “Sabah” bizi üstələdi” “Sabah” - “Slaviya” matçının ən yaxşısı müəyyənləşib Çempionlar Liqası: “Sabah”dan tarixi qələbə - YENİLƏNİB Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью