“Fənərbaxça“nın Baş Prokurorluğa çağrılan prezidenti ilə bağlı YENİ XƏBƏR

20.12.2025

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində "narkotik maddə əldə etmək" və "narkotik maddənin istifadəsinə şərait yaratmaq" ittihamları ilə ifadə verməyə çağırılan "Fənərbaxça" klubunun prezidenti, iş adamı Sadettin Saran sərbəst buraxılıb.

Moderator.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Saran İstanbul Baş Prokurorluğunda təxminən 2 saat ifadə verib. Qan və saç nümunəsi götürülməsi üçün Tibb İnstitutuna göndərilən iş adamı prosedurların ardından yenidən məhkəməyə gətirilib. O, xaricə çıxış qadağası və məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Saran sərbəst buraxıldıqdan sonra Eyüpspor – Fənərbaxça oyununun ikinci hissəsində stadiona daxil olaraq komandasını dəstəkləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью