Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Fənərbaxça”nın UEFA Çempionlar Liqasında Ukraynanın “Şaxtyor Donetsk” klubuna qarşı keçirəcəyi oyunun baş hakimi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Liqa mərhələsinin V turunun qarşılaşmasını İngiltərədən olan FIFA referisi Maykl Oliver idarə edəcək.
İngiltərəli hakim daha əvvəl Türkiyə klublarının iştirak etdiyi bir sıra avrokubok görüşlərində iş başında olub.
Oliver 2025-ci il oktyabrın 22-də “Qalatasaray”ın “Budyo-Qlimt”i 3:1 hesabı ilə məğlub etdiyi Çempionlar Liqası matçını da idarə edib.
O, 2023-cü ildə “Fənərbaxça” – “Sevilya” (1:0), 2022-ci ildə “Kopenhagen” – “Trabzonspor” (2:1), 2019-cu ildə isə “Zenit” – “Fənərbaxça” (3:1) qarşılaşmalarının da baş hakimi olub.
Qeyd edək ki, “Şaxtyor Donetsk” – “Fənərbaxça” görüşü noyabrın 25-də keçiriləcək. Ukraynadakı müharibə səbəbindən matç İngiltərənin paytaxtı Londonda yerləşən “Stemford Bric” stadionunda baş tutacaq.
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA Kyellini: “10 il əvvəl bunu desəydilər, hamımız gülərdik” Poçettino: “Bu məğlubiyyətin qəzəbini enerjiyə çevirməliyik” “Milan”dan 5 qol, “İnter”dən 4:4-lük heç-heçə - VİDEO “Siz yalançısınız!” – Caqnedən klub rəhbərliyinə sərt sözlər