Fənərbaxçanın hücumçusu ƏlNəsrə keçməyə yaxındır

17.11.2024

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Fənərbaxça"nın futbolçusu Yussef En-Nesiri karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, mərakeşli hücumçu "Əl-Nəsr"lə danışıqlar aparır. Bu barədə ərəb mediası məlumat yayıb.

27 yaşlı forvard ərəblərlə anlaşmaq üzrədir. Klublar arasında razılıq əldə olunsa, futbolçu qışda "Əl-Nəsr"ə keçəcək.

Qeyd edək ki, "Fənərbaxça" Yussef En-Nesirini mövsümün əvvəlində "Sevilya"dan 19,5 milyon avroya transfer edib. Mərakeş millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью