Metbuat saytına istinadən Icma.az xəbər verir.
“Barselona”da əsas heyətə düşməkdə çətinlik çəkən Ansu Fati “Monako”ya transfer olmaq üzrədir.
Metbuat.az xəbər verir ki, “Monako” futbolçunu icarə əsasında transfer edir. Fabritsio Romanonun məlumatına görə, müqavilədə 12 milyon avroluq satınalma bəndi də olacaq. Razılaşmaya görə, futbolçunun sonrakı satışından "Barselona" yüksək gəlir əldə edə bilər.
Qeyd edək ki, bu mövsüm Ansu Fati “Barselona”da 6 oyunda forma geyinib. Ansu Fatinin adı bundan əvvəl “Fənərbaxça” ilə də günədəmə gəlmişdi. İddialara görə, mövsümün fasiləsində Ansu Fati təklifləri rədd edib.