“Fənərbaxça”nın istədiyi Raşford seçimini etdi

17.07.2025

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mançester Yunayted"in futbolçusu Markus Raşford karyerasını İspaniyada davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, Raşfordla "Yuventus" maraqlansa da, onun prioriteti "Barselona"dır. İtalyan transfer analitiki Matteo Morettonun sözlərinə görə, Raşford "Barselona"ya transfer olmaq istəyir və buna görə də, o digər variantları arxa plana qoyub. "Barselona"nın məşqçisi Hansi Flikin Raşfordu heyətinə cəlb etməkdə maraqlı olduğu və ingilis futbolçunun hücumda çox yönlü olmasından istifadə etməyi planlaşdırdığı bildirilir. Qeyd edək ki, “Fənərbaxça” klubunun da Markus Raşfordun xidmətində maraqlı olduğu barədə xəbərlər dərc edilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью