“Fənərbaxça”nın oyunçusuna hücum edildi, dava düşdü Video

27.08.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Fənərbaxça”nın oyunçusuna hücum edildi, dava düşdü - Video

“Fənərbaxça”nın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Lion”u Fransada 2:1 hesabı ilə məğlub etdiyi cavab oyunundan sonra insident yaşanıb.

QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, final fitindən sonra İstanbul klubunun futbolçuları Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmağı bayram ediblər.

Onlardan biri - “Fənərbaxça”nın futbolçusu Matteo Genduziyə əvvəlcə rəqib komandanın oyunçuları, daha sonra isə klubun nümayəndəsi olduğu bildirilən bir nəfər hücum edib.

Nəticədə gərginlik tunelin qarşısında da davam edib. “Fənərbaxça” və “Lion”un digər futbolçuları da insidentə qoşulublar. Qarşıdurma çətinliklə sakitləşdirilib.

Qeyd edək ki, “Fənərbaxça” bu qələbə ilə 18 ildən sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от QOL.az - Football/sports news (@qolaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью