Fənərbaxçanın sabiq futbolçusu Ayaksa keçə bilər

20.11.2024

Icma.az, Operativ MM saytına istinadən bildirir.

Oktyabr ayında "Fənərbaxça" ilə yollarını ayıran Ryan Kent üçün sürpriz transfer iddiası ortaya çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Hollandiya mətbuatına istinadən xəbər verir ki, "Ayaks" İngilis futbolçu ilə maraqlanır.

Mika Godtsun zədələnməsindən sonra cinah oyunçusu axtarışına başlayan Hollandiya nəhəngi üçün Ryan Kentin fürsət transferi olduğu vurğulanıb.

2023-cü ildə "Rangers"dən "Fənərbaxça"ya pulsuz transfer olunan Ryan Kent  əsas heyətdə çox az şans qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью