“Fənərbaxça”nın sabiq prezidentinə bəraət hökmü

04.11.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Fənərbaxça”nın sabiq prezidenti Səddəddin Sarana bəraət verilib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Məhkəmənin qərarı ilə Saranın ölkədən çıxışına qoyulan qadağa da ləğv edilib.

Qeyd edək ki, Saran 2025-ci il dekabrın 24-də narkotik vasitələrin əldə edilməsi, istifadəsinin asanlaşdırılması və istifadəsi ilə bağlı ittihamlar üzrə aparılan istintaq çərçivəsində saxlanılıb. Onun saç nümunəsindən götürülən narkotik testinin nəticəsi müsbət olub. Saran ittihamları rədd edib. O, dekabrın 25-də məhkəmə qərarı ilə ölkədən çıxış qadağası və imza öhdəliyi daxil olmaqla, məhkəmə nəzarəti tədbirləri altında sərbəst buraxılıb.

Məhkəmə bu gün narkotik vasitələrin ticarəti və ya təmin edilməsi ittihamı üzrə Saran barəsində bəraət hökmü çıxarıb.

“İnter”dən İkardi ilə bağlı açıqlama - "planlarımıza daxil deyil" Noyer Çempionlar Liqasında üçüncü pilləyə yüksəlib PSJ klub tarixində ilkə imza atıb Yamal Mbappenin rekordunu qırdı “Sabah” və “Fənərbaxça”nın oyunları bu kanallarda – TV AFİŞA
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью