Fənərbaxçanın Super Liqa matçı öncəsi itkiləri var

22.11.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"Fənərbaxça" Türkiyə Super Liqasının 13-cü turunda səfərdə "Rizespor"un qonağı olacaq.

Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.

Müdafiəçi Nelson Semedo cəzalıdır. Yarımmüdafiəçilər Sebastian Şimanski ilə Edson Alvares isə zədəlidirlər.

Qeyd edək ki, "Rizespor" - "Fənərbaxça" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью