Apasport saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin “Fənərbaxça” klubunun avrokuboklarda ən böyükhesablı dörd məğlubiyyətindən üçündə İsmail Kartalın adı var.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin sabiq futbolçusu və hazırkı baş məşqçisi üç fərqli tarixdə komandanın ağır məğlubiyyətlərinə şahidlik edib.
1992-ci il noyabrın 4-də “Fənərbaxça” UEFA Kubokunda Çexiyanın “Siqma Olomouts” klubuna səfərdə 1:7 hesabı ilə uduzub. Həmin qarşılaşmada hesab 3:1 olarkən İsmail Kartal qırmızı vərəqə alaraq meydandan qovulub.
2023-cü il noyabrın 30-da isə Kartalın baş məşqçisi olduğu “Fənərbaxça” UEFA Konfrans Liqasında Danimarkanın “Norşellann” klubuna 1:6 hesabı ilə məğlub olub.
Sonuncu belə nəticə 2026-cı il oktyabrın 14-də qeydə alınıb. İstanbul təmsilçisi İsmail Kartalın rəhbərliyi altında UEFA Çempionlar Liqasında İngiltərənin “Aston Villa” klubuna 0:6 hesabı ilə uduzub.
Beləliklə, “Fənərbaxça”nın Avropa arenasındakı ən ağır dörd məğlubiyyətindən üçü Kartalın futbolçu və baş məşqçi kimi iştirak etdiyi qarşılaşmalara təsadüf edib.
"Samsunspor"da baş məşqçi dəyişikliyi – Xorvatiyalı mütəxəssis gəlir "Milan" serbiyalı müdafiəçi ilə müqaviləni yenilədi Yamal Leminaya cavab verdi – "İndi məni tanıdın?" A Seriyasında 26 ilin antirekordu Harri Keyn Çempionlar Liqasında tarix yazdı – Ronaldonun rekorduna yaxınlaşır