“Fənər”də ciddi itki

15.01.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Super Liqası komandalarından “Fənərbaxça” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər”in Super Liqanın 18-ci turunda “Konyaspor” ilə keçirdikləri matçda (3:2) Dominik Livakoviç zədələnib.

Bu gün qapıçının durumuna aydınlıq gəlib. Xorvat qolkiperin arxa əzələsində yırtıq və qanaxma aşkarlanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İstanbul təmsilçisi 18 turu geridə qalan çempionatda 42 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

“Napoli” Xviçaya əvəzedici tapıb “Fənər”dən Tuta həmləsi “Qalatasaray”dan rekord gəlir Ronaldo "Əl-Nəsr"lə şərik olacaq PSJ-nin hücumçusu “Yuventus”la anlaşıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью