Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Borussiya Dortmund"un hücumçusu Seru Qirassi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Fənərbaxça" qvineyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, İstanbul nəhəngi Qirassi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Fənərbaxça" 30 yaşlı forvard üçün Almaniya klubu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Seru Qirassi cari mövsümdə "Borussiya"nın heyətində meydana çıxdığı 46 rəsmi matçda 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Dortmund təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.
Muçi seçimini etdi: "Beşiktaş"a qayıtmayacaq İngiltərə "FA Cup" - "Mançester Siti" çempion! “Fənər”də yeni müqavilə - RƏSMİ Levandovski “Barselona”dan ayrılacaq - RƏSMİ DÇ-2026: Tunis millisinin heyəti BƏLLİ OLDU