Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
“Qalatasaray”da yarımmüdafiə xəttinin əsas mühərriki hesab olunan və Okan Buruklun vazkeçilməz futbolçularından olan Lukas Torreyra vətəni Uruqvayda “El Espektador Deportes” radiosuna önəmli açıqlamalar verib.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngində 4-cü mövsümünü keçirən 29 yaşlı yarımmüdafiəçinin Türkiyə karyerası çox uğurlu şəkildə irəliləyir. O, indiyə qədər üçü çempionluq olmaqla 5 titul qazanıb.
Bir çox mövzuya toxunan Torreyra bunları deyib:
“Karyeramın lap əvvəlində şərəfini qoruduğum “Montevideo”ya həmişə minnətdar olacam. Çünki onlar olmasaydı, heç vaxt elitada oynaya bilməzdim. Eyni zamanda yolum Avropaya və yığma komandaya açılmazdı. Açığı, Superkubokda “Fənərbaxça”ya uduzandan sonra çətin günlər keçirdim. Bir futbolçu “Qalatasaray”a mənim qədər bağlıdısa, belə məğlubiyyətlər ona çox pis təsir edir. Bu cür böyük klubun şərəfini qorumaq eyni zamanda ciddi bir məsuliyyət tələb edir. Çünki elə-belə oyun yoxdu. Hər zaman önəmli matçlara çıxmalı olursan. Mövsümün qalan hissəsi üçün əsas hədəf superliqada çempionluq uğrunda rəqabət aparmağı davam etdirmək və Çempionlar Liqasında növbəti mərhələyə yüksəlməkdi. Fernando Musleranın ayrılması klubda hər kəsi üzdü. Onun yoxluğunu hər gün hiss edirik. Həqiqətən də çox önəmli bir futbolçunu itirdik. Mənim üçün ikiqat çətindi. Çünki çətin anlarımda həmişə yanımda bir ata kimi dəstək ourdu. Türkiyədə karyeramın ən önəmli müqaviləsinə imza atmışam. Bu klub mənə həyat verdi. Ona görə də mən də özümü bu klub üçün fəda etməyə hazıram. Hələ ikiillik müqaviləm var. Son günə qədər bu müqavilənin şərtlərinə hörmətlə yanaşmalıyam. Bu müddət tamam olandan sonra “Nasyonal”da oynamaq istərdim. Ən böyük arzularımdan biri “Boka Xuniors”da forma geymək idi. Amma onlar mənə heç vaxt maraq göstərmədilər. Bunu normal qarşılayıram. Mən ancaq məni istəyən, sevildiyim yerlərdə oynayıram. İkardi ilə münasibətlərim çox yaxşıdı. Həyatımın çətin anlarında mənə dəfələrlə yardım edib. Həm Türkiyədə, həm də Argentinada çox iş görür. İkardi mükəmməl insandı. Açığı, bəzən həyatda onun başına gələnlərə çox üzülürəm. Yığmadan kənar qalmaq, təbii ki, məni üzür. Orda olmağı çox istərdim. Amma indi səviyyəmi qorumaqdan başqa edə biləcəyim bir şey yoxdu. 29 yaşım var və Avropada 500-dən çox oyun keçirmişəm. Yəni artıq özümü sübut edə biləcək bir durum yoxdu. Bir məşqçi səni istəmirsə, heç vaxt heyətə salmayacaq”.