“Fənər”in futbolçusu ölkəsinə qayıda bilər

21.03.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

“Fənərbaxça”nın braziliyalı futbolçusu Fred karyerasını vətənində davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə “Atletiko Mineyro” yaxından maraqlanır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, komanda cari mövsümün sonunda İstanbul təmsilçisi ilə danışıqlara başlamağı planlaşdırır. Oyunçunun özü də bu keçidə müsbət yanaşır.

Qeyd edək ki, “Fənərbaxça” Fredi 2023-cü ildə “Mançester Yunayted”dən 9,74 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm “sarı-lacivərdlilər”in heyətində keçirdiyi 39 rəsmi oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Rafinya ən yaxşı adına layiq görüldü "Yunayted" braziliyalı üçün 80 milyonu "GÖZDƏN ÇIXARDI" "Santos" baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ Avrokubok matçları bu kanallarda - TV AFİŞA Messi 900-ə çatdı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью