“Fənər”in müdafiəçisi zədələnib 1 ay oynamayacaq

02.03.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, Super Liqa nəhənginin müdafiəçisi Nelson Semedo sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Semedo ölkə çempionatının 24-cü turunun "Antalyaspor"la səfər matçında (2:2) dizindən zədə alıb. Portuqaliyalı sağ cinah müdaqfiəçisi təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Fənərbaxça" Nelson Semedonu mövsümün əvvəlində "Vulverhempton"dan transfer edib. 32 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Günün oyunları bu kanallarda - TV AFİŞA Flik “100”ə çatdı “Yuventus” Spalettini komandada saxlayacaq Gürcü futbolçu La Liqada ən yaxşısı seçilib Günün oyunları bu kanallarda - TV AFİŞA
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью