Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Fənərbaxça"nın braziliyalı futbolçusu Fred karyerasını ölkəsində davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə "Flamenqo" yaxından maraqlanır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, "sarı-lacivərdlilər" uyğun təklif gələcəyi təqdirdə oyunçunu satmağı planlaşdırır.
Qeyd edək ki, "Fənərbaxça" Fredi 2023-cü ildə "Mançester Yunayted"dən 9,74 milyon avroya transfer etmişdi. Braziliya millisinin üzvü bu mövsüm İstanbul klubu ilə çıxış etdiyi 18 rəsmi matçda 1 qol və 2 assistlə yadda qalıb.
İspaniyalı hücumçu İngiltərədə çıxış edə bilər “Dortmund”un hücumçusu Premyer Liqa klublarının hədəfində “Liverpul”un transfer hədəfi “Yunayted”ə keçmək istəyir Hansı oyun, hansı kanalda? - TV AFİŞA "Çelsi"nin futbolçusu yenə zədələndi - ”Barsa” ilə matçda iştirak edə bilməyəcək