“Fənər”in yüksəlişi Zikonu da sevindirib

24.01.2026

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Domeniko Tedeskonun təyinatından bəri yüksəlişini davam etdirən “Fənərbaxça” artıq lider “Qalatasaray”la xal fərqini 1-ə endirib.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhənginin sabiq çalışdırıcısı Artur Ziko Türkiyənin “Sabah” nəşrinə açıqlamalar verib.
Braziliya futbolunun əfsanələrindən olan Ziko “sarı-lacivərdlilər”in yüksəlişinə sevindiyini dilə gətirib. Hazırda 72 yaşı olan “sambaçı” 2006-08-ci illərdə “Fənər”i çalışdırıb və bu klubla bir çempionluq, bir superkubok qazanıb. “Fənər” onun rəhbərliyi altında 107 rəsmi oyuna çıxaraq orta hesabla hər matçda 2,03 xal toplayıb. Zikonun daha bir mühüm özəlliyi var. O, indiyə qədər də Türkiyə çempionatında çempionluq sevinci yaşamış sonuncu əcnəbi mütəxəssis statusundadı.
Baxmayaraq ki, bu çempionluğun üzərindən artıq 18 il ötüb! Tedesko bu il Türkiyə futbolunda yerli məşqçilərin hegemonluğuna son qoya bilər. Sözü verək Zikoya:

“Komandanın son durumu məni çox sevindirir. Ötən günlərdə “Fənərbaxça”nın ölkə superkubokunu qazandığını gördüm. Nəticələr yaxşıdı və Domeniko Tedesko hələ ki işinin öhdəsindən yaxşı gəlir. Ümid edirəm ki, “Fənərbaxça” bu performansını mövsümün qalan hissəsində də davam etdirərək. Belə olacağı təqdirdə komanda çempionluğa əsas namizədə çevriləcək. Anderson Talişka və Ederson kimi braziliyalı futbolçuların bu uğurlu nəticələrdə pay sahibi olması da məni ikiqat sevindirir. Hər ikisi də dünya səviyyəli futbolçudu. “Fənərbaxça” üçün mühüm oyunçulardı. Ən əsası ikisinin də təcrübəsi var və böyük matçların atmosferinə gözəl bələddilər. İnanıram ki, komandaya fayda verməyə və öz oyunları ilə fanatları sevindirməyə davam edəcəklər. 2026-cı ilin sizin və qurumunuz üçün gözəl keçməsini istəyirəm. Hər birinizə sağlamlıq və hüzur arzulayıram. Mənim “Fənərbaxça”ma isə yalnız uğurlar arzulayıram”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью