“Fənərləri sınmış küçələr”in aktyoru vəfat etdi

11.10.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyalı aktyor Vladimir Baranov 70 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə aktyorun çalışdığı Ryazan Gənclər Teatrı məlumat yayıb.

Vladimir Baranov "Fənərləri sınmış küçələr", "İstintaqın sirləri”, “Bandit Peterburq” və “Dahi” kimi məşhur film və seriallarda rol alıb.

Qeyd edək ki, aktyor teatr səhnəsində 70-dən çox obraz yaradıb, kino sahəsində isə 88 rolda çıxış edib. O, 2013-cü ildən Ryazan Gənclər Teatrında fəaliyyət göstərirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью