Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xüsusi yeməklər və xüsusi dərmanlarla müalicə edilir, yeni doğulan körpələrdə yaranır. Səhiyyə Nazirliyindən verilən məlumata görə fenilketonuriya adlanan bu xəstəliklə bağlı 2022-ci ildən ölkəmizdə yeni doğulmuş uşaqlarda “neonatal skrininq” və ya “daban” testinin tətbiqinə başlanılıb. Bəs fenilketonuriya xəstəliyi nədir və necə yaranır? Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Erkin Rəhimovun sözlərinə görə, fenilketonuriya qanda əvəzolunmaz amin turşusu olan fenilalanin yüksək olması nəticəsində yaranan irsi xəstəlikdir.