Fenomen qadın oteldə ölü tapıldı

04.06.2025

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Meksikalı sosial media fenomeni və bodibilder Luz Maria Barrera Agaton ailəsi ilə birlikdə tətilə getdiyi oteldə ölü tapılıb. 

News24.az xəbər verir ki, 36 yaşlı gənc qadının cansız cəsədi otelin hovuzunun dibindən tapılıb. 

Ölümündən həftələr əvvəl təhdid edildiyi üzə çıxan Aqatonun ölümü ilə bağlı araşdırma başladılıb.

Onu da qeyd edək ki, 2017-ci ildə də təhdidlərlə üzləşən Aqatonun o dönəmdəki sevgilisinin keçmiş prokuror olduğu da öyrənilib.

Günel Məlikzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью