Azvision saytına istinadən Icma.az xəbər verir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AzVision.az -a bildirilib
Əməliyyat icbari tibbi sığorta hesabına qarşılanır. Disk hissəvi və ya tam çıxarıldıqdan sonra onurğanı sabitləşdirmək üçün istifadə olunan
Əməliyyat zamanı müasir standartlara cavab verən beynəlxalq sertifikatlı implantlardan istifadə edilir.
Cari ilin yanvar-oktyabr ayları ərzində icbari tibbi sığorta hesabına 3 min 500-ə yaxın diskektomiya əməliyyatı icra olunub.
Əməliyyatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) həyata keçirilib.
Əməliyyatdan öncə isə bir sıra diaqnostik müayinələrdən keçmək tələb olunur.
Əsas müayinələr maqnit-rezonans tomoqrafiyası (MRT), kompüter tomoqrafiyası (KT), onurğa rentgenoqrafiyası, elektrokardioqramma (EKQ), qarın boşluğunun ultrasəs müayinəsi (USM) və sinirlərin funksionallığının qiymətləndirməsi üçün həkim tərəfindən aparılan neyrofizioloji testləri əhatə edir.
Bunlarla yanaşı, əməliyyata əks göstərişin olmadığını müəyyən etmək üçün qan analizi və digər laborator müayinələr də tələb oluna bilər.