Azpost saytından alınan məlumata görə, Icma.az bildirir. Diskektomiya sinir köklərinə təzyiq göstərən fəqərəarası diskin hissəvi və ya tam ç
Fəqərəarası disklər amortizator rolunu oynayır və onurğanın hərəkətliliyini təmin edir.
Travma və ya degenerativ dəyişikliklər səbəbindən diskin yerdəyişməsi və ya qabarması baş verir.
Bu da onurğa beynindən çıxan sinirlərin sıxılmasına gətirib çıxarır.
Sinirin sıxılması öz növbəsində ağrı, keyimə, əzələ zəifliyi, hərəkət funksiyalarının və disk yırtığının yerləşməsindən asılı olaraq digər funksiyaların pozulmasına səbəb olur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, güclü ağrıya və ətrafların funksiyalarının pozulmasına səbəb olan, konservativ müalicəyə (dərman və ya fizioterapiya) cavab verməyən disk yırtığı diskektomiya əməliyyatı üçün göstəriş sayılır.
Əməliyyat icbari tibbi sığorta hesabına qarşılanır. Disk hissəvi və ya tam çıxarıldıqdan sonra onurğanı sabitləşdirmək üçün istifadə olunan
Əməliyyat zamanı müasir standartlara cavab verən beynəlxalq sertifikatlı implantlardan istifadə edilir.