Fərda 47 yaşını belə qeyd etdi İzləyicilərindən hədiyyə istədi

13.08.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Aktyor Fərda Xudaverdiyev doğum günü münasibətilə özünə fərqli təbrik ünvanlayıb.

“Yeni Sabah” xəbər verir ki, o, paylaşdığı yazıda həyatın filmə bənzədiyini qeyd edib.

Yumor ustası insanın öz həyatındakı “baş rol”u heç kimə verməməli olduğunu vurğulayıb: pizza hut

“Bu gün mənim ad günümdür. Deyirlər, həyat bir filmdir. Amma ən vacibi odur ki, “baş rol”unu başqasına verməyəsən. Öz həyatının qəhrəmanı olasan. İlk dəfə, məhz bu gün, səndən bir hədiyyə istəyirəm…

Şərhdə mənə ürəyindən keçən bir xoş söz, bir cümlə yaz. Bir də olar. İstəyirəm bu paylaşımın altında yalnız sevgi yaşasın. İnanıram ki, sevgi də yoluxucudur. Həyatında hər şey ürəyincə olsun, tanımadığım doğmam”.

 Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью