Fərda: 8 gün öncə anama baş sağlığı diləyəndə hardan bilərdim ki...

29.09.2025

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bu fani dünyada Azərbaycanımızın "CABA” sı gəldi, yaratdı və getdi!"

AZXEBER.COM xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev deyib.

O, bildirib ki, Cabir İmanovla 8 gün öncə telefonda danışıb: 

"Tək Allah şahiddir və özün də bilirdin ki,səni nə qədər çox istiyirdim. Anamın vəfatı ilə əlaqədar mənə zəng edib təsəlli verdiyində, nə bilərdim ki, cəmisi 8 gün sonra sən də Allahın rəhmətinə qovuşacaqsan əziz qardaşım. Allah sənə rəhmət eləsin, Allah ailənə ,doğmalarına, əzizlərinə səbr, səbr, səbr versin. Bu fani dünyadan Azərbaycanımızın "CABA”sı gəldi, yaratdı və getdi".

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью