Fərda Xudaverdiyev Qarabağ ın qələbəsinə atası ilə birlikdə sevindi

22.01.2026

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Aktyor Fərda Xudaverdiyev sosial şəbəkədə "Qarabağ"ın qələbəsi ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o ötən gün keçirilən "Qarabağ"- "Ayntraxt" qarşılaşmasını evindən atası Akiflə izlədiyi görüntüləri sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Fərda "Qarabağ"ın "Ayntraxt" klubu üzərində 3:2 hesablı qələbəsinə xeyli sevinib.

Həmin anları instaqram yayımlayan aktyor "Bu tarixi anı bizə yaşatdığınız üçün sizə təşəkkür edirəm, Qarabağ!" deyə qeyd edib.

Xatırladaq ki, ötən gün "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" klubu üzərində 3:2 hesablı qələbə qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью