Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Sosial şəbəkələrdə səhifələrdən birində 2026-cı ildə Türkiyənin TV8 kanalında yayımlanan “Survivor” yarışma proqramına azərbaycanlı komediya aktyoru Fərda Xudaverdiyevin qatılacağı iddia edilib.
Ölkə.Az xəbər verir ki, səhifədə növbəti sezon iştirakı təsdiqlənən, daha əvvəl iştirak etmiş şəxslər haqqında da çox sayda paylaşımlar edilib.
Fərda Xudaverdiyevlə bağlı paylaşım sosial şəbəkələrdə azərbaycanlı izləyicilərin diqqətini çəkib.
Bununla belə TV8-in sahibi və “Survivor”in 2026-da yayımlanacaq buraxılışında iştirakçılar arasında F.Xudaverdiyevin adı yer almayıb.
Fərda Xudaverdiyev Ölkə.Az-a açıqlamasında sözügedən məlumatın həqiqəti əks etdirmədiyini söyləyib.
Qeyd edək ki, Acun Ilıcalı bundan əvvəl məşhurlar komandasında müğənni Bayhan, aktyor və müğənni Keremcem, müğənni İbrahim Tatlısəsin qızı müğənni Dilan Çıtak, futbolçu Mert Nobrenin yeni sezonda yer alacağını açıqlayıb.
Billurə