Ferdi Kadıoğlu millidən kənarlaşdırıldı

12.11.2024

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə millisinin UEFA Millətlər Liqası üçün namizəd heyətində dəyişiklik edilib. 

“Ölkə.az” xəbər verir ki, bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb. 

Ferdi Kadıoğlu sol ayağının baş barmağından zədələnərək heyətdən uzaqlaşdırılıb. Bu səbəbdən Eren Dinkçi (“Frayburq”) və Yasin Özcan (“Kasımpaşa”) milliyə çağrılıblar.

Qeyd edək ki, Türkiyə yığması noyabrın 16-da Uels, noyabrın 19-da isə Monteneqro millisi ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью