Fərdi səhvləri azaltsaq... Ayxan Abbasov

24.01.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının 20-ci turunda evdə "Zirə"yə 1:2 hesabı ilə uduzan "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis mətbuat konfransında belə danışıb:

"Üzücü məğlubiyyət oldu. Uduzsaq da, futbolçularımız yaxşı performans sərgilədilər. Amma diqqətsizlik sayəsində ilk yarının sonlarında qapımızda qol gördük. Fərdi səhvləri azaltsaq, daha yaxşı oynaya bilərik. "Zirə" kimi komandaya qarşı oynayırsansa, ələ düşən epizodları düzgün dəyərləndirməlisən. Çünki onlar kompakt oynayan, sürətli hücuma çıxan komandadır. Bəzən fərdi bacarıq da ön plana çıxır. "Zirə"nin ikinci qolunda da gördük. Belajdi Pusi və Arsen Ağcabəyovun qol imkanlarını qaçırması da həlledici məqamlardır. 

Oyunun ədalətli nəticəsi hansı olardı? Məncə, heç-heçə".

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью