Ferdi Tayfur xəstəxanaya yerləşdirildi

15.12.2024

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyəli tanınmış müğənni Ferdi Tayfur yaşadığı Muğlanın Marmaris rayonunda yüksək təzyiqlə xəstəxanaya yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, Adaköy Məhəlləsi Cənnət Adasındakı evində səhhəti pisləşən Tayfur üçün mənzilə həkimlər briqadası çağırılıb.

Qan təzyiqi yüksək olduğuna görə təcili yardımla rayondakı özəl xəstəxanalardan birinə aparılan sənətçinin hazırda müalicə olunduğu bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью