​Ferdi Tayfurun dəfnində dava düşdü

04.01.2025

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

79 yaşında dünyasını dəyişən məşhur türkiyəli sənətçi Ferdi Tayfurun dekabrın 4-də dəfn mərasimi baş tutub.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, mərasimə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, İstanbul valisi Davud Gül və çox sayda siyasi və məşhur adlar da qatılıb.

Lakin mərasim zamanı qalmaqal yaşanıb.

Məlumata görə, Tayfurun küsülü olduğu qızı Tuğçe Tayfur ilə atasının həm qardaşı oğlu, həm də meneceri olan Şirin Gözalıcı arasında tabutun başında mübahisə baş verib.

"Sən bura gəlməyəcəksən. Sənin üzündən öldü", - deyə Gözalıcı Tuğçe Tayfura qışqırıb.

Qadın ağlamağa başlayıb.

Bununla bağlı yayılan videogörüntülərdə Tuğçe ilə Şirinin bir-birilərinə söyüş söydüyü kadrlar əks olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью