Ferdi Tayfurun vəziyyəti ağırlaşdı, helikopterlə reanimasiyaya yerləşdirildi Xəbər saytı Son xəbərlər və Hadisələr

17.12.2024

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məşhur müğənni Ferdi Tayfurun səhhəti ağırlaşıb.

BAKU.WS xəbər verir ki, sənətçi təcili olaraq Muğlanın Menteşe bölgəsindən tibbi helikopterlə Antalyaya aparılıb. O burada reanimasiyaya yerləşdirilib.

İfaçının soyuqdəymə səbəbindən vəziyyətinin pisləşdiyi qeyd edilib.

79 yaşlı Ferdi orada Özel Yücelen xəstəxanasında müalicə olunurdu.

Xatırladaq ki, sənətçinin 2020-ci ildə oğlundan alınan böyrəyi ona köçürülüb. O uzun müddət idi ki səhhətində problem yaşamırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью