Fərdi yaşayış evində yanğın: xəsarət alan var

04.12.2024

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağstafada fərdi yaşayış evində yanğın baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Evin qonaq otağında olan paltarlar qaz sobasının üzərinə düşüb və yanğın olub. Dərhal əraziyə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı 1969-cu il təvəllüdlü S.Qasımova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilib. Yanğının başvermə səbəbləri araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью