Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyada alimlər fərdiləşdirilmiş melanoma peyvəndinin ilk klinik sınaqlarında ümidverici nəticələr əldə edildiyini açıqlayıblar.
Demokrat.az xəbər verir ki, Qamaleya Elmi-Tədqiqat İnstitutunun elmi direktoru Aleksandr Qintsburqun sözlərinə görə, peyvənd tətbiq edilən ilk xəstədə şişə qarşı tələb olunan immun cavabı formalaşıb və hazırda onun səhhəti qənaətbəxş qiymətləndirilir.
Məlumata görə, ilk dozanı bu ilin aprel ayında qəbul edən 60 yaşlı, üçüncü mərhələ melanoma diaqnozu qoyulmuş xəstənin müalicəsi davam etdirilir. Qintsburq bildirib ki, aparılan müşahidələr zamanı orqanizmin şiş və metastazlarla mübarizə üçün zəruri aktiv birləşmələri sintez etdiyi, immunoloji cavabın isə yüksək səviyyədə olduğu müəyyən edilib.
Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi ötən il irəliləmiş melanoma üçün hazırlanmış mRNT əsaslı "Neooncovac" peyvəndinin, həmçinin kolorektal xərçəng üçün nəzərdə tutulan "Oncopept" adlı peptid preparatının istifadəsinə icazə verib.
İnstitut rəsmilərinin sözlərinə görə, növbəti mərhələdə daha 10 xəstə üçün fərdiləşdirilmiş peyvənd hazırlanacaq. Bu prosesin bir-üç ay ərzində tamamlanması planlaşdırılır.
Mütəxəssislər bildirirlər ki, bu üsul birbaşa şişi hədəfə almaqdan daha çox, immun sistemini xərçəng hüceyrələrini tanıyıb məhv etməyə təşviq edir. Bunun üçün xəstənin şiş və sağlam toxumalarından götürülən nümunələrin genetik analizi aparılır və əldə olunan nəticələr əsasında yalnız həmin şəxs üçün xüsusi peyvənd hazırlanır.
Rusiya Milli Tibbi Radiologiya Tədqiqat Mərkəzinin rəhbəri Andrey Kaprin bu texnologiyanın xərçəngin müalicəsində yeni yanaşma təqdim etdiyini bildirib.
Bununla yanaşı, "Oncopept" preparatı ilə müalicə alan xəstələrdə də müsbət immun cavabının müşahidə edildiyi qeyd olunur. Qamaleya İnstitutunun hazırda mədəaltı vəzi, böyrək və kiçik hüceyrəli olmayan ağciyər xərçənginə qarşı da oxşar müalicə üsulları üzərində işlədiyi bildirilir.
Nuray
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, Qamaleya Elmi-Tədqiqat İnstitutunun elmi direktoru Aleksandr Qintsburqun sözlərinə görə, peyvənd tətbiq edilən ilk xəstədə şişə qarşı tələb olunan immun cavabı formalaşıb və hazırda onun səhhəti qənaətbəxş qiymətləndirilir.