Fərəh Əliyeva: Azərbaycan Konstitusiyası müstəqillik illərində əldə olunmuş ən böyük uğurlarımızdandır KONKRET

21.02.2025

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Konstitusiyasında ölkə vətəndaşlarının hüquqları ilə yanaşı, vəzifələri də var.

KONKRET.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” Forumunda deyib.

Onun sözlərinə görə, bu il 30 illiyi qeyd olunacaq Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub:

“Bu Konstitusiya müstəqillik illərində əldə olunmuş ən böyük uğurlarımızdandır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью