Fərəh Əliyeva: Konstitusiya bizə geniş hüquqlar verir

21.02.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu il 30 ilini qeyd etdiyimiz Konstitusiyamız müstəqillik illərinin ilk çağlarının yaşayan millətimiz üçün tarixi nailiyyət idi”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumunda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri və Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva deyib.

Onun sözlərinə görə, bu, dövlətimizin inkişafında və növbəti taleyində böyük bir mərhələnin başlanğıcı idi:

“Konstutisiya ilə bizə geniş hüquqlar verilir. Yaşayırıq, inkişaf edirik, təhsil alırıq. Hüquqlarla yanaşı bizim vəzifələrimiz qeyd olunub”.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью