Fərəh Pəhləvidən İranda ölənlərlə bağlı açıqlama

25.01.2026

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şahbanu Fərəh Pəhləvi İranda etirazçıların ölümünə görə kədərləndiyini bildirib.

"Unikal" xəbər verir ki, o, bununla bağlı bəyanat yayıb.

Fərəh Pəhləvi verdiyi açıqlamada bu ölümlərin "İranın ruhunda dərin bir yara" qoyduğunu bildirib və indi, həmişəkindən daha çox, "həmrəylik və insanlıq içində birləşməyin" vacib olduğunu vurğulayıb.

"Biz həqiqəti, ədaləti və insan ləyaqətini müdafiə edərək İranın azadlığı uğrunda bütün şəhidləri xatırlamağa davam edəcəyik. İşıq qaranlıq üzərində qələbə çalacaq", - deyə Pəhləvi yazıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью