Ferensvaroş un prezidenti komandadan fövqəlinsan güc istəyir

26.08.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ferensvaroş"un prezidenti Qabor Kubatov UEFA Çempionlar Liqasının pley-offunda "Qarabağ"a qarşı cavab oyundan əvvəl sosial şəbəkə hesabında paylaşım edib. 

QOL.az xəbər verir ki, Macarıstan klubunun rəhbəri evdə 1:3 hesablı məğlubiyyətdən sonra fövqəladə bir güc sayəsində mərhələni keçməyin mümkün olduğunu qeyd edib: 

"Özümüzü sübut etmək üçün hələ bir şansımız var. Hər futbolçumuzun fövqəlinsan performansına ehtiyac var. Bundan sonra mərhələ keçmək şansımız olacaq".

Xatırladaq ki, Budapeştdə keçirilən ilk görüşdə "Qarabağ" 3:1 hesabı ilə qalib gəlib. Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı saat 20:45-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью