Ferents Puşkaş mükafatına layiq görülən QOL AÇIQLANDI

17.12.2024

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Alexandro Qarnaçonun qolu 2024-cü il üçün "Ferents Puşkaş" mükafatına layiq görülüb.

Publika.az xəbər verir ki, argentinalı hücumçu “The Best FIFA Football Awards” tədbirində mükafatlandırılıb.

O, ötən il Premyer Liqada "Everton"la matçda vurduğu qola görə təltif edilib.

Qeyd edək ki, namizədlər arasında "Qarabağ"ın futbolçusu Yassin Benziyanın Əlcəzair millisinin heyətində vurduğu qol da yer alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью