“Ferentsvaroş” ÇL nin əsas mərhələsinə namizədlər siyahısından silindi!

20.08.2025

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Ferentsvaroş”u məğlub etməsi rəqibinin əsas mərhələyə namizədlər siyahısından silinməsiylə nəticələnib.

“Football-plus.az” xəbər verir ki, bu barədə “Football Rankings”in X səhifəsi məlumat yayıb. Statistika portalı “köhlən atlar”ın adını əsas mərhələyə vəsiqə qazananlar sırasında göstərməklə yanaşı, püşkatmada 4-cü səbətdə yer alacağını bildirib.
Xatırladaq ki, Ağdam təmsilçisi Budapeşt səfərindən 3:1 hesablı qələbəylə qayıdıb. Cavab görüşü avqustun 27-də “Tofiq Bəhramov”da keçiriləcək.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью