“Ferentsvaroş”un baş məşqçisi: “İstədiyimiz kimi oynasaq…”

30.08.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ferentsvaroş”un baş məşqçisi Robbi Kin Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri pley-off mərhələsinin ilk oyunundan öncə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçdan öncə təşkil olunan mətbuat konfransında bunları deyib:

“Demək olar ki, iki komandanın gücü bərabərdir. İstədiyimiz kimi oynasaq, rəqibə çox problem yarada bilərik. Belə görüşlərdə əsas qol buraxmamaqdır. Çünki irəli xətdə yaxşı hücumçularımız var və mütləq qol vurmaq üçün imkanlarımız olacaq. Rəqib yaxşı kollektivdir. Lakin bu, bizim üçün böyük fürsətdir. Çünki son illərdə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etmək şansı o qədər də böyük deyildi. Bu həm oyunçular, həm də məşqçilər üçün yaxşı motivasiyadır”.

Sabah keçiriləcək matça aaat 23:00-da start veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью