Icma.az, sport24.az portalına istinadən məlumat verir.
Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Franko Kovaçeviç karyerasını Azərbaycanda davam etdirə bilər. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Xorvatiyalı hücumçu agentlər vasitəsilə Azərbaycan Premyer Liqasının bir neçə klubuna təklif olunub.
27 yaşlı forvardın xidmətində maraqlı olan klublardan biri də "Qarabağ"dır. Ağdam təmsilçisinin Kovaçeviçlə bağlı yekun qərarını qış və ya yay "transfer pəncərəsi"ndə verəcəyi gözlənilir.
Qeyd edək ki, Franko Kovaçeviçin "Ferentsvaroş"la müqaviləsi 2029-cu ilədək qüvvədədir. Hücumçu Macarıstan klubunda kifayət qədər oyun şansı əldə etməməsindən narazıdır.
Kovaçeviç cari mövsümdə Macarıstan çempionatında 3 oyunda meydana çıxıb. O, ötən mövsüm isə "Ferentsvaroş"un heyətində 12 matçda 5 qolla yadda qalıb.