“Ferentsvaroş”un iştirak ərizəsində dəyişiklik hücumçu əlavə edildi

19.08.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Ferentsvaroş” Çempionlar Liqasının pley-off mərhələsi üçün iştirak ərizəsini açıqlayıb. Məlum olub ki, “yaşıl qartallar”ın heyətində dəyişiklik var.

“Football-plus.az” xəbər verir ki, Budapeşt təmsilçisi zədəli yarımmüdafiəçisi Habib Mayqanın adını iştirak ərizəsindən çıxarıb. Onun yerinə yay “transfer pəncərəsi”ndə alınan avstriyalı hücumçu Daniel Arzani əlavə olunub.
Xatırladaq ki, Mayqa 3-cü təsnifat mərhələsinin “Ludoqorets”ə qarşı cavab oyununda (3:0) zədələnib. Bu futbolçuyla yanaşı, “Qarabağ”ın sabiq oyunçusu Julio Romaonun da adı iştirak ərizəsində yoxdu.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью