Fərhad Abdullayev: Qanunverici baza daha da təkmilləşdirilməlidir

21.02.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Biz Konstitusiyada təkcə hüquq və azadlıqları sadalayırıq. Amma burada bizim vəzifələrimiz də qeyd olunub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumunda Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

F.Abdullayev bildirib ki, 30 ildə dövlət quruculuğu sahəsində çox böyük işlər görülüb:

“Qanunverici baza daha da təkmilləşdirilməlidir. Zaman dəyişdikcə ehtiyac yaranır ki, bir çox sahələrdə islahatlar aparılsın”.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью