Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan idmançısı Fərhad Bağırov Bakıda keçirilən qrepplinq üzrə dünya çempionatında ardıcıl üçüncü dəfə qızıl medal qazanıb.
İdman.Biz xəbər verir ki, Dünya Güləş Birliyi (UWW) rəsmi saytında təmsilçimizin uğuruna xüsusi yer ayırıb.
58 kq çəki dərəcəsində mübarizə aparan Bağırov finalda Qırğızıstan təmsilçisi Nazim Maxmedovu 5:2 hesabı ilə məğlub edib.
Həlledici görüşün əvvəlində rəqib iki xal qazanaraq önə keçib. Lakin Maxmedovun passivliyə görə cəzalandırılmasından sonra fərqi azaldan Bağırov ağrıdıcı fənd cəhdləri ilə hesabı əvvəlcə bərabərləşdirib, daha sonra 3:2 önə çıxıb. Qırğızıstan tərəfinin uğursuz etirazı isə azərbaycanlı idmançının hesabına daha iki xal əlavə edib.
UWW Fərhad Bağırov və fransalı Antoni de Oliveyranın qələbələrini xüsusi vurğulayıb. Digər yeddi çəki dərəcəsində isə qızıl medalları Rusiya idmançıları qazanıblar.