Fərhad Göçer Bakıda: Eyyub Hüseynzadənin təşkil etdiyi möhtəşəm konsert VİDEO

19.10.2025

Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fərhad Türkiyənin sevilən müğənnisi Fərhad Göçer artıq Bakıya gəlib.

Doğru.az xəbər verir ki, sənətçi bu gün Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edəcək. Bu tədbir tanınmış təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkətinin təşəbbüsü ilə həyata keçirilir.

Ulduz ifaçı konsertdən öncə sosial media hesabında video paylaşaraq həm tədbirə dəvət edib, həm də bu günün — Azərbaycanın Müstəqilliyin Bərpası Günü olduğunu xatırladıb.

Fərhad Göçer bildirib ki, biletlər artıq tükənib və bu gecə Bakı tamaşaçıları üçün unutulmaz bir musiqi axşamı olacaq.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью