Fərhad Gündoğdu həbs edildi

03.10.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir müddət əvvəl saxlanılan Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakim Komitəsinin sədri Fərhad Gündoğdu barədə həbs qərarı verilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bundan başqa, TFF-nin fəaliyyətdə olan Hakimlər Assosiasiyasının prezidenti Fərdi Karadoruk, Mərkəzi Hakimlər Komitəsinin keçmiş üzvü Yunis Yıldırım, TFF Hakimlər və Müşahidəçilər Assosiasiyasının İstanbul şöbəsinin təşkilatçılıq üzrə koordinatoru Əlican Sağlar, TFF Hakimlər və Müşahidəçilər Assosiasiyasının İstanbul Vilayət Hakimlik Komitəsinin sədri Əmrə Kosif barəsində də həbsqətimkan tədbiri seçilib.

TFF Mərkəzi Hakimlər Komitəsinin keçmiş sədr müavini Əhməd Şahin və TFF-nin təlim və 4-cü bölgə üzrə koordinatoru Səbahəttin Şahin ölkədən çıxışa qadağa qoyulmaqla sərbəst buraxılıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью